“Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində keçirilən konsert proqramında maraqlı anlar yaşanıb.
AzerTimes xəbər verir ki, “Yaşıl teatrda” gerçəkləşən tədbirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.
Belə ki, Prezident pilləkənlərdən düşməkdə çətinlik çəkən opera ifaçısı Tamara Sinyavskayanı qucağına alaraq ona kömək edib.