Prezidentdən qərar: Bu nazirliyin səlahiyyəti artırıldı

Prezidentdən qərar: Bu nazirliyin səlahiyyəti artırıldı

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək həvalə olunub.

Teqlər: