Prezidentdən Polis Akademiyası ilə bağlı qərar

Prezidentdən Polis Akademiyası ilə bağlı qərar

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir.

Yuxarıda göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.

Teqlər: