Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddətinin daha 3 il uzadılıb.
AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub.
Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanırdı.
Ancaq yeni dəyişikliklə sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.
Qeyd edək ki, dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.