Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.
AzerTimes sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.