Mixail Saakaşviliyə elektron qolbağ taxmaqla onun saxlanma şəraiti yumşaldılmalıdır.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Dünyada həbsə məhkum edilmiş bir çox başqa prezidentlərlə necə rəftar edilirsə, Saakaşvili ilə də yaxşı rəftar etmək lazımdır. Bizim bildiyimiz elektron qolbağlar və yaxud AB-yə daxil olan ölkələr üçün daha uyğun olan digər formalar var”, – Zurabişvili bildirib.