Prezidentdən gömrüklə bağlı fərman

Prezidentdən gömrüklə bağlı fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; 2022, № 7, maddə 742, № 8, maddə 871, № 11, maddə 1268; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2037 nömrəli və 29 mart tarixli 2072 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin birinci abzasına “daxil olan” sözlərindən sonra “gömrük orqanları və tabeliyində olan digər” sözləri əlavə edilsin;

1.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. ərazi gömrük idarələri:

2.1.1. Bakı Baş Gömrük İdarəsi;

2.1.2. Naxçıvan Baş Gömrük İdarəsi;

2.1.3. Astara Gömrük İdarəsi;

2.1.4. Balakən Gömrük İdarəsi;

2.1.5. Biləsuvar Gömrük İdarəsi;

2.1.6. Gəncə Gömrük İdarəsi;

2.1.7. Xaçmaz Gömrük İdarəsi;

2.1.8. Sumqayıt Gömrük İdarəsi;

2.1.9. Şərqi Zəngəzur Gömrük İdarəsi;

2.1.10. Tovuz Gömrük İdarəsi;”;

1.3. 2.2.2-ci yarımbənddə “Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 2.2.4-cü yarımbənd əlavə edilsin:

“2.2.4. Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi;”;

1.5. 2.4-cü bəndə “digər qurumlar” sözlərindən əvvəl “tabeliyində olan” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001; 2008, № 12, maddə 1057; 2010, № 7, maddə 617; 2011, № 1, maddə 21; 2012, № 1, maddə 9, № 12, maddə 1265; 2014, № 1, maddə 15; 2018, № 11, maddə 2241; 2022, № 11, maddə 1269) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və “Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzasları ləğv edilsin.

1.2. “Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Teqlər: