Prezidentdən bu mərkəzin fəaliyyəti ilə bağlı qərar

Prezidentdən bu mərkəzin fəaliyyəti ilə bağlı qərar

Prezident İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

AzerTimes xəbər verir ki, fərmanda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 624 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

2.1.3. Mərkəzin idarəetmə orqanları rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.1.4. Mərkəzin yenidən təşkili və ləğvi;

2.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;

1.2. 2.3-cü bənd üzrə:

1.2.1. 2.3.1-ci bənddən “, strateji məqsədlərinin və fəaliyyət planlarının” sözləri çıxarılsın;

1.2.2. 2.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.3.2. Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi.”;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi” üzrə:

1.3.1. 2-ci hissə üzrə:

1.3.1.1. adından “məqsədi və” sözləri çıxarılsın;

1.3.1.2. 2.1-ci bənd ləğv edilsin;

1.3.2. 3-cü hissə üzrə:

1.3.2.1. 3.1.16-cı yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

1.3.2.2. aşağıdakı məzmunda 3.1.20-1-ci, 3.1.26-1-ci və 3.2.1-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.20-1. sosial tədqiqatlar sahəsində elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;”;

“3.1.26-1. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;”;

“3.2.1-1. sosial tədqiqatlar sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;”;

1.3.2.3. 3.1.25-ci yarımbənddə “və yerləşdirilməsini” sözləri “yerləşdirilməsini” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “və təhlükəsizliyini” sözləri çıxarılsın;

1.3.2.4. 3.2.11-ci yarımbənddə “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri ilə əvəz edilsin;

1.3.2.5. 3.2.13-cü yarımbənddə “Mərkəzin Nizamnaməsi” sözləri “bu Nizamnamə” sözləri ilə əvəz edilsin;

1.3.3. 4-cü hissə üzrə:

1.3.3.1. 4.5.4-cü və 4.8.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.5.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;”;

“4.8.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;”;

1.3.3.2. 4.5.8-ci yarımbənddən “törəmə” sözü çıxarılsın;

1.3.3.3. 4.6-cı bəndin birinci cümləsində “iclasları ayda bir dəfədən az olmayaraq çağırılır” sözləri “sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir” sözləri ilə, altıncı cümləsində “İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

1.3.3.4. 4.7-ci bəndin birinci cümləsinə “üzvlərinə” sözündən sonra “və İdarə Heyətinin iclaslarına dəvət olunan digər şəxslərə” sözləri əlavə edilsin;

1.3.3.5. 4.8.7-ci yarımbənddə “Mərkəzin” sözü “özünün və Mərkəzin struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.3.3.6. 4.8.9-cu yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;

1.3.4. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”;

1.3.5. 7.2-ci bənddən “statistik uçot aparır,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Teqlər: