Xəbər - Ceyhun Ələkbərov – Trend:
Cənab Prezident İlham Əliyevin Xocavənd rayonuna gəlməsi bu ərazilərə ruzi, bərəkət, yeni quruculuq və abadalıq gətirdi.
Bunu AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında Xocavənd rayon sakini Şaiq Aslanov deyib.
Onun sözlərinə görə, ölkə başçısı Xocavənd rayonunda olan zaman Düdükcü kəndində də olub:
“Düdükcü kəndi qədim Azərbaycan torpağıdır və burada azərbaycanlılar yaşayıb. Sonrakı dövrlərdə buraya ermənilərin köçürülməsi sayəsində onların say üstünlüyü yaranıb. Daha sonra onlar azərbaycanlıları sıxışdırıb çıxarmağa müvəfəq olublar”.
Videoreportajı hazırladı: Aslan Məmmədli