Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib.
AzerTimes xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
Sənəd 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.