Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə məlumatlandırıb.
AzerTimes xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Bakıda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxışında bildirib.
“Bu gün Qazaxıstan Prezidenti ilə görüşümüz zamanı mən onu Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə ətraflı məlumatlandırdım və Azərbaycanın Cənubi Qafqaz regionunda uzunmüddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiq etdim. Mən, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstan tərəfindən beynəlxalq qurumlar çərçivəsində daim dəstəklənməsinə görə təşəkkürümü bildirdim. Biz Azərbaycanda bunu yaxşı bilirik və çox yüksək qiymətləndiririk”, – İ.Əliyev qeyd edib.