Prezident təyin etməsə də, parlament toplanacaq – Kobaxidze

Prezident təyin etməsə də, parlament toplanacaq – Kobaxidze

Yeni seçilmiş parlamentin iclası Prezident Salome Zurabişvili təyin etməsə belə baş tutacaq.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Yekun məlumatların açıqlanmasından sonra parlament 10 gün ərzində iclas keçirməlidir və prezident görüş təyin etməsə belə, parlament özü toplaşacaq”, – Kobaxidze bildirib.

Teqlər: