Prezident təqaüdçülərinin sayı açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

2022-ci ilin yanvar və fevral aylarında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu
tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə
Trend
-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, onlardan 407 min nəfəri sosial müavinətlə, 365
min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.


Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34%
çox olmaqla 132 mln. manat, təqaüd ödənişləri üçün 25% çox olmaqla
89 mln. manat sərf olunub.

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı
sistemləri işə salınıb. 2022-ci ilin 2 ayında 86 min müavinət və
təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Teqlər: