ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidenti seçkiləri indi
keçirilsəydi, hazırkı prezident Cozef Baydenə qalib gələrdi.
AzerTimes-ın məlumatına görə, bu barədə “Harvard/Harris” tədqiqat
xidmətinin keçirdiyi sorğunun nəticələrində deyilir. Sorğunun
nəticələri “The Hill” qəzeti tərəfindən dərc edilib.
Bildirilir ki, əgər prezident seçkiləri indi keçirilsəydi
(2024-cü ildə keçirilməlidi – red.), sorğuda iştirak edənlərin 47
faizi D.Trampa, 41 faizi isə C.Baydenə səs verərdi. Qalan 12 faiz
respondent isə seçim etməkdə çətinlik çəkib.
Əgər prezident seçkilərində D.Trampın rəqibi Kamala Harris
olsaydı, sabiq prezident 49 faiz, K.Harris isə 38 faiz səs
toplayardı.