Bu gün növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
AzerTimes xəbər verir ki, toplantı saat 16:00-da başlayacaq.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.