Monteneqro Prezidenti Milo Cukanoviç parlamenti buraxıb.
AzerTimes xəbər verir ki, bu barədə Cukanoviç fərman imzalayıb.
Ölkə konstitusiyasına görə, parlament seçkiləri buraxıldığı andan ən geci 60 və 100 gündən gec olmayaraq keçirilməlidir.
Qeyd edək ki, iki gün sonra Monteneqroda prezident seçkiləri keçiriləcək.