Prezident seçilsəm, and içməzdən əvvəl Ukraynada müharibəni dayandıracağam.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın eks-prezidenti, prezidentliyə namizəd Donald Tramp Nyu-Hempşirdə çıxışında deyib.
“Oval kabinetə daxil olmazdan əvvəl Rusiya və Ukrayna arasındakı dəhşətli müharibəni dayandıracağam. Bu münaqişəni yoluna qoyacağam. Putini və Zelenskini də yaxşı tanıyıram. Bu münaqişəni dayandırmaq lazımdır. Qətiyyətimiz sayəsində sülhü təmin edəcəyik”, – deyə Tramp bildirib.