Özbəkistan Prezidenti Şövkət Mirziyayev administrasiyasında bir sıra təyinatlar həyata keçirib.
AzerTimes xəbər verir ki, dövlət başçısının fərmanı ilə Özbəkistan liderinin köməkçisi yerinə onun böyük qızı, 38 yaşlı Səidə Mirziyayeva təyin edilib.
Buna qədər Özbəkistan prezidentinin qızı onun administrasiyasının rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edib. Səidədən başqa, Əziz Maqrupov yenidən Mirziyayevin köməkçisi olub.