Prezident İlham Əliyev Qoşulmama Hərəkatının görüşündə Qarabağla bağlı tələbləri elan etdi: Ermənistanın silahlı qüvvələri çıxmalı, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı bildirib.
“Erməni qoşunlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” dedikləri dəstələr də təslim olmalıdır. Hərçənd, atəş açılmadan İrəvanın bu öhdəliyini icra edəcəyi, separatçıların tərk-silah olmağa razı olacağı ehtimalı azdır. Bu baxımdan Əliyevin bu tələbləri QH-nin görüşündə dilə gətirməsi atılacaq addımlarla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi qəbul edilə bilər”, – ekspert qeyd edib.