Prezident: Qazaxıstanla müttəfiqlik ortaq köklərə əsaslanır!

Prezident: Qazaxıstanla müttəfiqlik ortaq köklərə əsaslanır!

Gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq.

AzerTimes xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.

Transxəzər marşrutunun çox ciddi davamı olacağını vurğulayan dövlətimizin başçısı deyib:

“Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır”.

Teqlər: