Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktayı qəbul edib.
AzerTimes xəbər verir ki, görüşdə Türkiyənin ilk yerli istehsalı olan “Togg” elektromobilləri barədə olub.
Prezident İlham Əliyev bunu böyük bir uğur adlandıraraq sözügedən avtomobildən iki ədəd sifariş etdiyini deyib:
“Sifariş verdik, tezliklə alacağıq. Bu da böyük uğurdur. Dünya miqyasında belə bir avtomobil istehsal edən o qədər də çox ölkə yoxdur ”.