Prezident İlham Əliyev M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzerTimes sərəncamın mətnini təqdim edir:
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edilsin.