Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
AzerTimes sərəncamın mətnini təqdim edir:
1. Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:
Əliyev İlham Yaylaqalı oğlu
Musayev Alqış Həsən oğlu.
2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Xəlilov Zahid Abdulla oğlu
Şadlinski Vaqif Bilas oğlu
Vəliyev Misirxan İzzət oğlu.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.