2024-cü ildə keçiriləcək prezident seçkisində qalib gəlsəm, Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə etmək niyyətindəyəm.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Mən Zelenski ilə saziş bağlamaq üçün Putinlə əlaqə saxlayacağam. Bu, çox tez baş verəcək. Zelenskiyə deyəcəm ki: “Bəsdir, razılaşmaq lazımdır”. Putinə isə deyəcəyəm: “Əgər razılaşmasan, biz onlara çox şey verəcəyik”. Bir gündə saziş əldə edəcəm”,- o bildirib.