Prezident Novruzu Qarabağa gətirdi – Azərbaycan artıq 20 faiz əksik deyil

Xəbər - Asif Mehman -Trend:

Azərbaycan dövləti, Azərbaycan xalqı bütövdür, birdir, birlikdir.

Azərbaycan Prezidenti bütün çıxışlarında, açıqlamalarında Qarabağın azad olunacağına əmin idi və bu gün artıq Qarabağ azaddır, Qarabağ Azərbaycandır!

Bu millət heç vaxt Qarabağın azad olunacağına inamını itirməmişdi, hər bayramlarımızda, hər şad günlərimizdə əsas arzumuz, duamız “Gələn il Qarabağda”, “Gələn il Şuşada” söz birləşmələrilə bitirdi.

Bu gün isə bu söz birləşmələri gerçəyə çevrilib. Bu gerçəkliyin müəllifi isə Ali Baş Komandan, güclü Ordumuz, bir xalqımızdır.

Son 17 il ərzində addım-addım bu planın icrasına hazırlaşan Azərbaycan ən ali məqsədinə nail oldu, tarizi zəfər qazanaraq torpaqlarını azad etdi. Bu gün ümdə duran vəzifəmiz isə azad olunmuş ərazilərimizin bərpasıdır.

Torpaqlarının 20 faizi işğal altında olanda, bir milyon qaçqın və məcburi köçkünü olan zaman Azərbaycan güc toplaya, öz torpaqlarını azad edə bildi. Dünyaya hərb dərsi keçən, yeni idarə etmə modeli ortaya qoyan Azərbaycanı bundan sonra ləngitmək qeyri-mümkündür. Bu gün dünyanın aparıcı güclü ordularına sahib qərb Azərbaycan Ordusunun Şuşa əməliyyatını öyrənir.

Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Biz hətta o satqınlığı, o xəyanəti edən AXC-Müsavat cütlüyünün mənfur liderlərinə layiq olduqları cəzanı verməmişdik. Halbuki onlar istənilən cəzaya layiqdirlər. Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq“.

Prezidentin qeyd etdiyi kimi, biz bu vəziyyətlə barışmadıq. Azərbaycan xalqı, Azərbaycan Prezidenti, Azərbaycan Ordusu dəmir yumruq kimi birləşərək öz əzəli torpaqlarını azad etdi.

Prezidentin Şuşadan, Cıdır düzündən xalqa bayram müraciətində diqqət çəkən düzgün məqamlardan biri isə gənclərlə bağlı olan hissədir.

Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq“.

Prezident bundan öncəki müxtəlif çıxışlarında dəfələrlə gənc nəslin düzgün tərbiyə edilməsi məsələsini vurğulayıb. Bunun nə qədər vacib olduğunu qeyd edib.

Bu gün Azərbaycanın gəncinin tərbiyəsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasəti, hətta deyərdik, Prezident siyasəti öz bəhrəsini verib. Görülən işlər, çəkilən əziyyətlər öz bəhrəsini verib, ölkədə sağlam düşüncəli gənc nəsil formalaşıb.

Bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətinə sırınılmağa çalışılan yabançı davranış, yaşayış tərzi təşəkkül tapmır.

Azərbaycanın gəncinin, Azərbaycanın qadınının düşüncəsinə yeridilən hansısa feminist ideyası Qız Qalasına dəyib dayanır, ondan bu tərəfə keçmir

Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri

Teqlər: