Prezident Nizami rayonu icra hakimini işdən çıxartdı

Prezident Nizami rayonu icra hakimini işdən çıxartdı

Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov vəzifəsindən azad edilib.

Məmurun vəzifədən çıxarılması barədə ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Arif Qasımov bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.

Arif Qasımovun vəzifədən azad edilməsinə AzTV-nin ötən gün Nizami rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir.

Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər.