Prezident Natiq Əmirova daha bir vəzifə verdi

Prezident Natiq Əmirova daha bir vəzifə verdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Ərziman oğlu Əmirov Dövlət Qulluğu İdarəetmə Şurasının yeni tərkibinə daxil edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, həmin sərəncamla Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Şirməmməd qızı Əliyeva şura üzvlüyündən çıxarılıb.

Teqlər: