Peru Prezidenti Dina Boluarte istefa verməkdən imtina edib.
AzerTimes xəbər verir ki, o, parlamenti növbədənkənar seçkilərə çağırıb.
Boluarte bildirib ki, onun istefası problemi həll etməyəcək.
Qeyd edək ki, dekabrın 7-də Peru Konqresi qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək polis tərəfindən saxlanılan prezident Pedro Kastiloya qarşı impiçment elan edib. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.