Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.