Prezident İlham Əliyevin Suqovuşana səfəri qələbəmizin geniş anlamda təzahürüdür – TƏHLİL

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Novruz
bayramı ərəfəsində Tərtərin Suqovuşan qəsəbəsində olublar.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tərtər
rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar.
Sonra dövlətimizin başçısı Azərbaycan xalqını təbrik edib.

Bununla bağlı AzerTimes-ın sual;n; cavablandıran Milli Məclisin deputatı
Azər Badamov bildirib ki, xoşbəxtik ki,
dövlətçilik tariximizə qalib xalq adını yaza bilmişik.

“44 günlük Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına
son qoyuldu. Azərbaycan bütövləşdi. Şərqi Zəngəzur və Qarabağ
iqtisadi rayonları bütövləşdi və Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğunu sübut etdik. İşğaldan azad olunan ilk inzibati
ərazimiz Suqovuşan olmuşdur. İşğaldan azad olunmuş ərazilərin
toponimləri də Azərbaycanındır. Ona görə də işğaldan azd olunan
kimi cənab Prezident Madağıza öz tarixi adını qaytararaq Suqovuşan
adlandırıldı. Bu gün Suqovuşan Novruz bayramını qeyd edir. Bir il
əvvəl Novruz bayramı tonqalı Şuşada yandırılmışdı. Gələn illərdə
isə digər rayonlarımızda da tonqallar yandırılacaqdır. Bu, o
deməkdir ki, biz qayıtmışıq və öz torpaqlarımızda milli-tarixi
bayramlarımızı qeyd edirik”, – deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında güclü bir Azərbaycan var.

“Bugünkü Azərbaycan düşmənin hər bir təxribatına cavab vermək və
onu məhv etmək iqtidarındadır. Bugünkü Azərbaycan heç kimin köməyi
olmadan ermənilərin 30 ildə viran qoyduğu ərazilərini yenidən
dirçəltmək və qaçqınlarını öz doğma yurdlarına qaytrarmaq
gücündədir. Cənab Prezident İlham Əliyevin və Birinci xanım
Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi hər
bir səfər bu ərazilərə yeni ruh, dirçəliş gətirir. O cümlədən,
Suqovuşana səfər çərçivəsində 35 kvoltluq yüksəkgərginlikli, müasir
izolyasiyalı və mühafizəli kabel xərttinin təqdimatı oldu.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə qurulan elektrik
şəbəkəsi ən müasir texnologiyalara əsaslanıb tikilir. Bu da həmin
ərazilərdə şəbəkəni iqlimin təsirlərindən qorunaraq fasiləsiz
elektriklə təmin olunmasına imkan verəcəkdir. Suqovuşanda öz
yurdlarına qayıdacaq vətəndaşlarımız üçün ən müasir evlər tikilir.
Yeni tikilən yaşayış məhəlləsindəki ilk ev də onu deməyimizə imkan
verir ki, bu ərazilərdə yaradılacaq şərait və infrastruktur
qayıdacaq insanların yaşayışını ən yüksək səviyyədə təmin
edəcəkdir. İşğal olunmuş ərazilərimizdən qaçqın düşərək 30 il
əziyyət çəkmiş vətəndaşlarımız ən müasir yerlərdə yaşamaq imkanını
əldə edəcəklər. Bu ərazilərdə təhsil infrastrukturunun
formalaşdırılması prioritetdir. Ona görə də Suqovuşan qəsəbəsinə
insanlar qayıtmamış qəsəbədəki ikimərtəbəli orta məktəbin binasının
əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır”, – deyə deputat
bildirib.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdəki 67 məsciddən
63-ü ermənilər tərəfindən tamamilə dağıdılmışdır. “Bu məscidlərin
yenidənqurma və bərpa işlərində Heydər Əliyev Fondu yaxından
iştirak edir”, – deyə deputat bildirib.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizin
müdafiə qabiliyyətinin artırılması üçün yeni hərbi hissələr
yaradılır. “Bir müddət əvvəl cənab Prezident Hadrutda Komando ordu
hərbi hissəsinin açılışını etmişdi. İndi isə Suqovuşanda N saylı
hərbi hissəsinin açılışı oldu. Yenidən tikilən hərbi hissələrdə
əsgər və zabitlərimizin yüksək səviyyədə xidmətinin təşkili üçün
hər bir şərait yaradılır. Ordu quruculuğumuzun gücləndirilməsi
gələcəkdə davam etdiriləcəkdir. Ordumuzun sialahlanmasına ən müasir
silahlar qəbul olunur. Bu, o deməkdir ki, Azərbaycan Ordusunun gücü
44 günlük müharibədə nümayiş etdirdiyimizdən daha da çoxalmışdır.
Bu məsələ ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından
çox vacibdir və Ali Baş Komandanımızın daim diqqət mərkəzindədir”,
– deyə deputat qeyd edib.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizin böyük
turizm potensialı mövcuddur. Bu potensialdan səmərəli istifadə
olunması ölkəmizin iqtisadi gücünü artırır.

“Ona görə də cənab Prezident müvafiq quqruma bu ərazilərdə
turizm marşrutlarının müəyyən olunması və infrastrukturun
formalaşdırılması istiqamətində tapşırıqlarını vermişdir. Ölkə
başçımızın Suqovuşana səfəri çərçivəsində bu ərazilərdə idmanın
inkişafı ilə bağlı tapşırıqlar verir. Sevindirici haldır ki,
Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplantısının rəsmi açılışı
bu ərazilərin idman potensialının dirçəldilməsi istiqamətində
atılan ilk addımlarımızdır.

Ümumiyyətlə, deyə bilərəm ki, işğaldan azad olunmuş
ərazilərimizdə görülən yenidənqurma və bərpa işləri kompleks
şəkildə, planauyğun həyata keçirilir. İcra olunan layihələrin əhatə
dairəsinin geniş olması və sürətlə aparılması bu ərazilərə tezliklə
qayıdışımızın olacağından xəbər verir. Bəli, Azərbaycanın uzaqgörən
dövlət başçısının şəxsən nəzarəti və tapşırıqları ilə bu ərazilər
tezliklə ən müasir şəkildə yenidən qurularaq istifadəyə
veriləcəkdir. Bütün bu işlərə xalq-iqtidar birliyi, milli
həmrəyliyini möhkəmləndirən cənab Prezidentin rəhbərliyi altında
nail olacağıq və bütün dünyaya müasir şəkildə yenidən qurulmuş
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını təqdim etməklə
Azərbaycanın gücünü və bu torpaqların azərbaycanlılara məxsus
olduğunu bir daha göstərəcəyik. Çünki torpaq öz sahibində olanda
çiçəklənir”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Misayev isə
AzerTimes-ın sualına
cavabında qeyd edib ki, Prezident İlham Əliyevin Suqovuşana səfəri,
bu müqəddəs torpaqlardan verdiyi mesajlar, xalqımızı Novruz bayramı
münasibətilə təbrik etməsi, orada tonqal qalaması, görülən işlərlə
tanış olması geniş anlamda və miqyasda Azərbaycan xalqının
qələbəsini, əzmini, ruhunu və gələcəyə doğru inamını simvolizə edən
bir prosesdir.

“Qalib xalqın Müzəffər Lideri öz mükəmməl nitqində növbəti
prioritetləri açıqladı və bəyan etdi ki, hazırda əsas vəzifələrdən
biri quruculuq işlərini sürətləndirmək və zamanında məcburi köçkün
vəziyyətinə düşmüş dəyərli vətəndaşlarımızı öz əzəli torpaqlarına
qovuşdurmaqdır. Proses isə gedir. Həm də intensiv gedir. Qarabağın
siması həqiqətən dəyişir. Qarabağ gözəlləşir. Suqovuşanda
gözəçarpan mənzərə də onu deməyə əsas verir ki, çox tezliklə
insanlar doğma evlərinə qayıdacaqlar, bütün bayramları çoxdan bəri
həsrətində olduqları yurdlarında keçirəcəklər.

Ulu Öndər hər zaman deyərdi ki, biz işğalla barışmayacağıq. Biz
o torpaqlara qayıdıb yenidən məskunlaşacağıq. Biz bayramları nə
zamansa yenə doğma Qarabağımızda keçirəcəyik. Heydər Əliyev bunu
hər zaman əminliklə deyib, inanaraq deyib. Çünki bilirdi ki,
yürütdüyü əsl Azərbaycançılıq siyasəti davam etsə, həmin nəticə və
qələbə mütləq olacaq. Düşündüyü də reallaşdı. Cənab Prezident İlham
Əliyev atasının həm arzusunu, həm də vəsiyyətini yerinə yetirdi,
Azərbaycan xalqını qələbələrə doğru apardı, dövlətin ərazi
bütövlüyünü təmin etdi. Qəhrəman əsgərlərimiz Ali Baş Komandanın
rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənin başını əzdi,
erməni ordusunu məhv etdi, darmadağın etdi, Qarabağımızı işğaldan
azad etdi”, – deyə deputat bidirib.

O əlavə edib ki, Suqovuşanda hazırda böyük işlər görülür.
Qəsəbədəki məktəbin əsaslı təmiri, iki mərtəbəli məscidin
bünövrəsinin qoyulması, mükəmməl enerji infrastrukturunun
qurulması, fərdi evlərin restovrasiyası, eyni zamanda inşası, yeni
yolların çəkilməsi və sair proseslər bu qəbildəndir.

“Qarabağın gözəlləşməsi, dəyişməsi çox sevindiricidir. Qarabağın
öz əzəli sahiblərinə yenidən qovuşması həqiqətən qürurvericidir. Bu
bayram günündə bir daha müqəddəs şəhidlərimizə Tanrıdan rəhmət
diləyirəm. Qarabağ torpaqlarının hər qarışında onların haqqı var.
Ruhları şad olsun. Şad və rahat olsun. Çünki uğrunda vuruşduqları
torpaqlar azaddır. Azərbaycan bütövdür!”, – deyə E.Musayev
vurğulayıb.

Teqlər: