Prezident İlham Əliyevin qüsursuz və düşünülmüş siyasəti Qarabağın erməni işğalından azad edilməsini əvvəlcədən müəyyənləşdirib.
Bunu Trend-ə Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov deyib.
O.Süleymanov vurğulayıb ki, Prezident İlham Əliyev müdrik siyasətçi və strateqdir və bu uzanmış münaqişəyə son qoyan İkinci Qarabağ müharibəsinin 44 günündə göründü.
“Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 illik danışıqlar prosesi uğur qazanmadı, nəticədə Azərbaycan problemi özü həll etdi. Bu, bütün bəşəriyyət üçün bir ibrət və dərsdir, çox yüksək, mehriban, lakin əməlsiz sözlərə inanmaq lazım deyil. Bu, kollektiv səylərin bəhrəsini nümayiş etdirir. Bu, beynəlxalq siyasət üçün, bəşəriyyət üçün bütün siyasi dərsliklərdə bəhs olunacaq mühüm dərsdir. Münaqişənin həlli üçün təkcə siyasi deyil, həm də iqtisadi səylər tələb edilirdi. Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşdi, çünki Vətənin bütövlüyü hər şeydən ucadır. Azərbaycan ümumi insan amili və öz taleyini anladığını nümayiş etdirdi. Burada əsas rolu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qüsursuz siyasəti oynadı. Prezident İlham Əliyevin İkinci Qarabağ Müharibəsində qələbədən sonra beynəlxalq nüfuzu sözsüz ki, xeyli artıb, əminəm ki, regionda baş verənlərə baxsaq, daha da artacaq”, – deyə Qazaxıstanın Xalq yazıçısı bildirib.
Süleymanov qeyd edib ki, İkinci Qarabağ müharibəsində Qələbə ümumi qələbədir, bütün Azərbaycan xalqının qələbəsidir.
“Kollektiv fəaliyyətin nəticələrini qiymətləndirərək qeyd etməliyəm ki, həm ordu özünü layiqli göstərdi, həm də Qələbə üçün çalışan mülki mütəxəssislər. Ona görə də bu, ümumi Qələbədir, bu prosesdə iştirak edən hər kəsin Qələbəsidir. 44 günlük müharibənin gedişatında vəziyyəti müşahidə edərək, hər bir kəndin, şəhərin, rayonun işğaldan azad olunmasına sevindim. Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi hadisədir. Şuşa Azərbaycan mədəniyyətinin və musiqisinin paytaxtıdır, ümid edirəm ki, şəhər gələcəkdə çiçəklənəcək, bütün türk xalqlarının yaxınlaşmasına kömək edəcək. Ona görə də Şuşa şəhərinin işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütün Azərbaycana, Azərbaycan xalqına yaxın olanların sevincidir”, – deyə Oljas Süleymanov bildirib.
Qazaxıstanın Xalq yazıçısı Qarabağda mədəni irsin bərpasında Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.
“Hazırda Heydər Əliyev Fondu işğalçılar tərəfindən dağıdılmış və Qarabağın fəxr olan mədəni irsini bərpa edir. “Qarabağ işğaldan əvvəl və sonra” kitabını vərəqləyirəm, 30 il əvvəl şəhər və rayonlardakı mədəniyyət saraylarının necə olduğunu görürəm, bərpadan sonrakı illərdə necə olacağını təsəvvür edirəm. Arzu edirəm ki, bu vaxt gəlib çatsın və təkcə Azərbaycanın deyil, həm də Azərbaycanın başına gələn taleyin bu 30 ilini bir yerdə hiss edən qardaş respublikaların nümayəndələrinin də bütün ümidləri doğrulsun”, – deyə Oljas Süleymanov deyib.