Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi sayəsində Ümummilli Liderin vəsiyyəti reallaşdı – Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva 20 mart 2022-ci il tarixdə Tərtər
rayonunun Suqovşan qəsəbəsinə səfər ediblər. Cənab Prezident
burdan, tarixi Zəfərdən sonra ikinci dəfə işğaldan azad olunmuş
ərazimizdən Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik
etdi. Cənab Prezident öz təbrikində bir çox mühüm məsələlərə öz
münasibətini bildirdi.

Qeyd olunmuşdur ki, Suqovşan qədim Azərbaycan torpağıdır.
Azərbycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb. Sovet
hakimiyyəti dövründə, 1923-cü ildə döğma Azərbaycan torpağı olan
Qarabağ torpaqlarında heç bir əsası olmayan Dağlıq Qarabağ Muxtar
Vilayəti yaradılmışdır. Suqovşan və Şuşa şəhəri də bu qondarma
quruma daxil edilmişdi. Bu xalqımıza qarşı növbəti ədalətsizlik və
düşmənçilik idi. Sonralar ermənilər xalqımıza qarşı işğalçılıq
siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə Qarabağı və Şərqi
Zəngəzurun bir hissəsi işğalı altlnda qalmışdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qəhrəmanlığı, xalqımızın
birliyi,həmrəyliyi sayəsində Ümummilli Liderin vəsiyyəti və
Azərbaycan xalqının arzuları reallaşdırdı. Ali Baş Komandanın
rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün davam edən
Vətən müharibəsində tarixi Zəfər qazanaraq doğma torpaqlarımızı,
Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi və biz artıq həmin
ərazilərdə Novruz bayramını qeyd edirik.

Azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işlərindən
danışan cənab Prezident qeyd etmişdir ki, “Bütün Qarabağ və Şərqi
Zəngəzur bölgəsində çox geniş miqyaslı abadlıq işləri aparılır,
şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki,
bizim əsas vəzifəmiz keçmiş məcburu köçkünləri tezliklə bu bu doğma
diyara qaytarmaqdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən
geniş miqyaslı tikinti-quruculuq və bərpa işləri imkan verəcək ki,
işğal dövründə ata-baba yurdlarını tərk etmiş soydaşlarımız
tezliklə öz doğma yurdlarına qayıdacaq və Novruz Bayramını öz doğma
yurdalarında qeyd edəcəklər. Bugünkü güclü Azərbaycan bütün bu
işləri görməyə qadirdir. Bununla bağlı cənab Prezident qeyd
etmişdir:”Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin
vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik.
Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr
edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və
burda, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.”

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: