Prezident İlham Əliyevin növbəti diplomatik uğuru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimr Putinin noyabrın 26-da baş tutan Soçi görüşünün nəticəsi olaraq imzaladıqları birgə Bəyanat Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur.

Qəbul edilmiş sənəddə cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyənatlarda qəbul edilmiş bütün müddəaların bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına sadiqlik ifadə olunur. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədini delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının yardımı ilə sərhədin demakrasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılığa gəlinib. Bəyanatda Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilir və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinini zəruriliyi qeyd olunur. Bu o deməkdir ki, kommunikasiya xətlərinin o cümlədən Zəngəzur dəhlizi layihəsi də daxil olmaqla avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.

Noyabrın 26-da keçirilən görüşdən sonra qəbul edilmiş birgə Bəyanatla yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. Qeyd etmək lazımdır ki, həm birgə bəyanatda, həm də dövlət başçılarının bəyanatlarında bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi yer almayıb. Bu o deməkdir ki, artıq Rusiya da, Ermənistan da “Dağlıq Qarabağ” ifadəsindən imtina etməyə razılaşıblar.

Soçidə qəbul edilmiş birgə Bəyanat, üçtərəfli görüş çərçivəsində Azəarbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfi görüş və müzakirə olunan məsələlər Azərbaycan Rusiya münasibətlərinin şox yüksək səviyyədə olduğunu göstərdi. Cənab Prezident İlham Əliyev mətbuat üçün bəyanatında qeyd etmişdir ki, “Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşlıqdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Teqlər: