Rusiya KİV-ində Azərbaycanla Rusiya arasında müttəfiqlik
haqqında sənədin imzalanacağı ilə bağlı məlumatlar yayılıb.
AzerTimes-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin
Moskvaya səfəri zamanı Azərbaycanla Rusiya arasında müttəfiqlik
haqqında sənəd imzalanması nəzərdə tutulur.
Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun
müddətdir hazırlanan səfərdir. Azəbaycanla Rusiya arasında
müttəfiqlik haqqında sənədin imzalanması ilə bağlı iş 2021-ci ilin
əvvəlindən başlayıb.
Qeyd edək ki, 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə
arasında Şuşa bəyannaməsi imzalanmışdı. İndi isə Şuşa bəyannaməsinə
oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilir.
Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində
Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə
qalxacağını anons etmişdi. Buna görə də Rusiya ilə Azərbaycan
arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsə
deyil.