Prezident İlham Əliyevin Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür – Deputat

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan növbəti
Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti
təzahürüdür. Dövlət başçısı Azərbaycanda vətəndaş həmrəyliyini,
humanizmi, insana diqqət və qayğını daim diqqətdə saxlayır və bu
əfv sərəncamı da bu humanizm siyasətinin davamıdır.

Bunu Trend
Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu çox böyük bir humanist addımdır və
xalqımızın əziz Müstəqillik bayramı ərəfəsində çox sayda ailənin
böyük sevincinə səbəb oldu.

“Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə
həyatında çox mühüm hadisədir. Əfv sərəncamı milli həmrəyliyin
gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır
və eyni zamanda bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki,
kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə,
bağışlanır.

Əfv sərəncamına əsasən, 213 məhkum əfv edilib, onlardan 167 şəxs
azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad
olunub, 36 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş
hissəsi yarıyadək azaldılıb, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə
cəzasından azad olunub, 3 şəxs şərti məhkum etmədən azad olunub, 6
şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub”, –
deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyev humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş
şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi
təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini,
səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və
ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin
müddətdə davranışlarını nəzərə alıb.

“Bu srəncam bir daha göstərir ki, vətəndaş amili dövlət
başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Əfv
edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan
sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər”, – deyə
deputat əlavə edib.

Teqlər: