Prezident İlham Əliyevin azad edilmiş ərazilərin bərpası üzrə planlarının icra olunacağı barədə heç bir şübhə yoxdur.
Trend-in məlumatına görə, bunu bu gün Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Şuşada mətbuat konfransı zamanı deyib.
“Şuşa Azərbaycanın turizm incilərindən biri olacaq. Biz şadıq ki, Şuşa öz vətəninə, Azərbaycana qayıdıb” – deyə, S.Markov bildirib.
O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistana 10 noyabr 2020-ci il tarixli razılaşmanı əldə etməyə kömək edib.
“İndi bizim hədəfimiz Cənubi Qafqaz ölkələrinə irəli addımlamaqda kömək etməkdir. Münaqişə başa çatıb. Gələcək barədə düşünmək lazımdır”.
Daşaltı kəndində baş vermiş terror aktını şərh edən S.Markov deyib ki, bu cür aktlar cəzasız qalmamalıdır.