Prezident İlham Əliyevin azad edilmiş ərazilərin bərpası üzrə planları tam reallaşdırılacaq – Rumıniyanın sabiq baş naziri

Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin bərpası üzrə planları tam reallaşdırılacaq.

Trend-in məlumatına görə, bunu Rumıniyanın sabiq baş naziri Petre Roman “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

O bildirib ki, ikinci Qarabağ müharibəsi uğurla başa çatıb: “Birincisi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq çərçivəsində mübarizə aparıb. İkincisi isə, Azərbaycan həmişə ədalət yolu ilə gedib”.

P.Roman əlavə edib ki, ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində dəhşətli dağıntıların şahidi olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: