Prezident İlham Əliyevin Ali Ordenlə təltif olunması türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması onun türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, istər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istər bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində Azərbaycan Prezidentinin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edib.

“Nəticədə isə bu qurum hazırda beynəlxalq təşkilatlar arasında özünəməxsus yer tutması ilə bərabər, həm də mühüm strateji cazibə mərkəzlərindən birinə çevirilib. Ona üzv olamq istəyən ölkələrin sayı ciddi şəkildə artıb. Ancaq Prezident İlham Əliyevin türk dünyası qarşısında ən böyük xidməti 100 il əvvəl pozulmuş bu vahid etnosiyasi coğrafiyanın fiziki bütövlüyünü bərpa etməsidir. Bu, tarixi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderləri Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi ilə bağlı qərar qəbul edərkən məhz bu ümumu mənafelərə xidmət edən reallığı nəzərə alaraq veriblər. Ali Ordeni təqdim edərkən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə xitabən, onu Müzəffər Ali Baş Komandan adlandıraraq bidirdi ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Doğrudan da türk dünyasının fiziki bütövlüyünə xidmət edəcək bu mühüm tarixi hadisə bütün türk dünyası ölkələri üçün yeni iqtisadi-siyasi və strateji perspektivlər yaradır” – deyə, deputat bildirib.

O qeyd edib ki, hələ 2009-cu ildə Naxçıvanda Türk Şurası yaradılarkən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu perspektivlərə toxunaraq türk dünyasının fiziki birləşməsi, Naxçıvanın anklav vəziyyətdən çıxarılması istiqamətində mühüm addımların atılması məsələlərinə toxunmuşdu.

“Hazırda isə həyata keçirilən dərin hərbi-siyasi strategiya sayəsində bu, artıq reallıqdır. Eyni zamanada, Türk Dövlətləri Təşkilatına yeni üzvlərin qəbul edilməsi, xüsusən də qardaş Türkmənistanın bu təşkilata cəlb edilməsi, qardaş Özbəkistanın tamhüquqlqu üzv olaraq qəbul edilməsi də son illərdə təşkilatın tarixində baş verən mühüm hadisələrdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdimhammedovun bu təşkilatın zirvə toplantısında iştirak etməsini məmnuniyyətlə qeyd etdi. Çünki qısa müddət öncə məhz Azərbaycanın səyləri ilə Türkmənistan və Azərbaycan arasında vaxtilə mübahisə mövzusu olan neft yatağı “Dostluq” adı altında iki qardaş ölkə tərəfidən ortaq istismara cəlb eidilmiş, yalnız bundan sonra Türkmənistan təşkilata üz tutmaq barədə qərar qəbul etmişdi.

Xüsusi qeyd edilməli bir məsələ isə ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi tarixi zəfər bütün qardaş xalqların ilham mənbəyinə çevirilmiş, onlarda milli güvən və qürur hissi yaratmışdı. Qardaş Türkiyə və Azərbaycanın güc nümayiş etdirmək və milli iradə ortaya qoymaq cəsarəti isə hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində qibtə yaradan bir nümunədir. Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatını yeni cəlbedici formata çevirir. Azərbaycan Prezidenti İlham Əliyev ona təqdim edilən Ali Ordeni Azərbaycan xalqının adından qəbul etdi və bu ordeinin məhz xalqımıza verildiyini dedi. Bu, bir milli liderin öz xalqı ilə bütövlüyünün təcəssümü idi” – deyə, H.Babaoğlu qeyd edib.

Teqlər: