Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Rusiya Federasiyası Çeçenistan Respublikası rəhbərinin müşaviri, Çeçenistan Respublikasının müftisi Şeyx Salah-Hacı Mejiyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri, hörmətli İlham Heydər oğlu, Altmış illik yubileyiniz münasibətilə ən səmimi, xoş arzularımı qəbul edin. Siz, atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Allah onun yerini behişt eləsin) yolunun davamçısı kimi ölkənizi inamla firavanlığa, onun dövlətçilik dayaqlarını daha da möhkəmlətməyə doğru aparırsınız.

Sizin dinə və Vətənə sevginizdən bütün Azərbaycan bəhrələnir. Son illərdə Azərbaycan çox dəyişib. Ölkəniz fasiləsiz hərtərəfli inkişaf yolu ilə fəal irəliləyir. Bütün bunlar Sizin kimi məsul liderin, siyasi xadimin sayəsində baş verir.

Siz atanızın vəsiyyətlərinə əməl etməklə haqlı olaraq qurucu və Azərbaycan torpaqlarını birləşdirən şəxs obrazı yaratmısınız. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi torpaqlarınızı çoxillik işğaldan azad etməyə və ölkənizin təhlükəsizliyini möhkəmlətməyə nail olmusunuz.

Bununla bərabər, dövlətlərimiz arasında geniş spektrli münasibətlərin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfəniz də göz qabağındadır. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə də böyük uğurlar qazanıb. Azərbaycan gələcəyə cəsarətlə baxır və şübhəsiz, bu da Sizin xidmətinizdir.

Dövlət başçıları gəldi-gedər olsa da, həqiqi liderlər xoş iz qoyub gedirlər, özü də təkcə tarixdə yox. Siz atanız Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyin təməlini daha da möhkəmlətmisiniz.

Allah Sizdən razı olsun. Sizə möhkəm cansağlığı, əmin-amanlıq, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycanın bütün xalqına firavanlıq arzu edirəm”.

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci müftisi Şeyx Məhəmməd-hacı Alboqaçiyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, İcazə verin, Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.

Bu əlamətdar gündə Uca Allahdan Sizə möhkəm cansağlığı, uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram. Siz uğurlu dövlət xadiminin parlaq nümunəsisiniz. Sizin müdrikliyiniz, uzaqgörənliyiniz, dərin təfəkkürünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik şəkildə inkişaf edir.

Əminəm ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmət bağlarına əsaslanan dostluq və qonşuluq münasibətləri xalqlarımızın maraqlarına uyğun olaraq gələcəkdə daha da genişlənəcəkdir.

Fürsətdən istifadə edərək, icazə verin, Sizə ən yüksək ehtiramımı bildirim”.

Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ Azərbaycan Məktəbinin kollektivi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ Azərbaycan Məktəbinin kollektivi olaraq Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz müdrik siyasət sayəsində Azərbaycan sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımız azad edilmişdir. Bu uğurlar əlbəttə ki, doğma Vətəndən uzaqda yaşayan soydaşlarımız tərəfindən böyük qürurla və rəğbətlə qarşılanmışdır. Siz adınızı tarixin yaddaşına qızıl hərflərlə yazdırdınız.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək dünya azərbaycanlılarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza isə hər zaman sülh və firavanlıq arzulayırıq”.

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu,

MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Sizin sayənizdə ölkəniz siyasi, iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazanmış, beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmiş, dünyanın və regionun gündəliyində olan aktual məsələlərin həllində rolunu gücləndirmişdir.

MDB parlamentariləri Sizi öz ölkəsinin həqiqi lideri, Birlik məkanında inteqrasiya proseslərinin fəallaşmasına böyük töhfə verən, iştirakçı ölkələr arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirən siyasi xadim kimi tanıyır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, Azərbaycan Respublikasının inkişafı və onun vətəndaşlarının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu, İcazə verin, Qafqaz Müsəlmanları İdarəsinin Rusiyadakı nümayəndəliyi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.

Sizin həyat yolunuz Vətənə, xalqa və hər zaman önəm verdiyiniz sülh, rifah dəyərlərinə fədakar xidmətin nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası iqtisadi, sosial və mədəni sahələrdə mühüm nailiyyətlər qazanmışdır.

Şimali və Cənubi Qafqaz regionlarında sülhün təmin olunmasında Sizin rolunuz ölçüyəgəlməzdir. Bu gün Azərbaycan Respublikası konfessiyalararası anlaşma və dostluğa əsl nümunədir. Sizin bu işdə töhfələriniz bu qədim torpaqda yaşayan bütün xalqların gələcək firavanlığı üçün əsasdır.

Sizin dəstəyiniz sayəsində Qafqaz Müsəlmanları İdarəsinin Rusiyadakı nümayəndəliyi 10 ildən artıqdır ki, Rusiya və Azərbaycan müsəlmanlarının yaxınlaşmasına uğurla kömək edir.

Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram”.

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti Ruslan Auşev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli və səmərəli fəaliyyətiniz müasir Azərbaycanın böyük dövlət və siyasi xadimi kimi istedadınızı parlaq şəkildə göstərir. Siz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi və sosial inkişaf strategiyasını ardıcıl şəkildə reallaşdırırsınız.

Yüksək peşəkarlıq, zəngin həyat yolu, ən çətin vəziyyətlərdə siyasi kompromis tapmaq bacarığı, sosial siyasətin ardırıcıllıqla reallaşdırılması Sizə nüfuz, hörmət və inam qazandırmışdır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın rifahı, əmin-amanlığı, xoşbəxtliyi və tərəqqisi naminə qarşıda duran vəzifələrin reallaşmasında yeni uğurlar arzulayıram”.

Rusiya Federasiyası Kalmık Respublikasının müftisi Sultanəhməd Karalayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu,

İcazə verin, Kalmık Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.

Sizə möhkəm cansağlığı, sülh, firavanlıq arzulayır, Tanrıdan mərhəmət və şəfqət diləyirəm”.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Siz Azərbaycan xalqının firavanlığına yönəlmiş nəcib fəaliyyətinizdə zəngin təcrübənizdən və rəhbər müdrikliyinizdən tam istifadə edirsiniz. Sizin yüksək peşəkarlığınız, ölkəniz qarşısında məsuliyyət və borc hissiniz böyük hörmət doğurur.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin, milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq”.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyevdən Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz uzaqgörən, müdrik, qətiyyətli dövlət xadimi kimi bütün gücünüzü və enerjinizi milli birliyin möhkəmlənməsinə, beynəlxalq aləmdə Azərbaycanın mənafeyinin müdafiəsinə, dayanıqlı iqtisadi inkişafın və sosial sabitliyin təmin edilməsinə sərf edirsiniz.

Ölkələrimiz bir-biri ilə qonşuluq münasibətlərini yüksək qiymətləndirir, ən müxtəlif sahələrdə birgə layihələri uğurla inkişaf etdirirlər. Mən səmimiyyətlə inanıram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ildən-ilə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Cənab Prezident, bu əlamətdar gündə Sizə nəzərdə tutduğunuz yeni zəfərləri reallaşdırmaq, doğma ölkənizin və onun vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq naminə fəaliyyətinizdə tükənməz enerji, ruh yüksəkliyi, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ömrünüzün hər günü sülh, harmoniya və məhəbbətlə dolu olsun!”.

Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

İcazə verin, Sizin, ad gününüzü qeyd edən dostlarınızın, məsləkdaşlarınızın, bütün dünyadakı milyonlarla həmvətənimizin həyatında əlamətdar hadisə olan 60 illik yubileyiniz münasibətilə Zati-alinizi ürəkdən təbrik edim.

Rəşadətli Azərbaycan Ordusunun öz Ali Baş Komandanının rəhbərliyi ilə qazandığı böyük Qələbənin ildönümü münasibətilə lap yaxın vaxtlarda Zəfər atəşfəşanlığı oldu. Azərbaycan xalqı bu tarixi Qələbənin sevincini yaşayır və öz lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi alqışlayır.

Bu gün dünyada öz xalqının və beynəlxalq ictimaiyyətin nəzərində Sizin qədər hörmət qazanmış ölkə rəhbəri tapmaq yəqin ki, çətindir.

Sizin rəhbərliyinizlə Azərbaycan siyasi, iqtisadi və mədəni inkişaf sahəsində misli görünməmiş uğurlar qazanıb. Siz ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində, onun müdafiə qabiliyyətinin artırılmasında ardıcıl və səmərəli iş apararaq Azərbaycan tarixində ən qüdrətli dövlət və döyüş qabiliyyətli müasir ordu yaratmısınız, gənc Azərbaycanı güclü, nüfuzlu dövlətlər sırasına çıxarmısınız, onu regional liderə çevirmisiniz.

Siz bizim tarixi Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz, əsrin dörddəbirindən artıq müddətdə düşmən tapdağı altında qalmış gözəl Qarabağı bizə qaytardınız.

Bu gün Azərbaycan müstəqillik yolunda qətiyyətlə irəliləyir, onun beynəlxalq nüfuzu möhkəmlənir.

Respublikada və bütün regionda geniş miqyas almış möhtəşəm quruculuq işləri ölkənin gələcəyinə inamla baxmağa və bunu deməyə əsas verir ki, Sizin ən parlaq və genişmiqyaslı zəfərləriniz hələ irəlidədir. Sizin əsas kredonuz Azərbaycanı güclü, sabit və firavanlaşan ölkəyə çevirməkdir. Bu çətin və nəcib missiyanı yerinə yetirmək üçün Ulu Tanrı Sizə qüvvət və səbir versin.

Möhtərəm İlham Heydər oğlu, ənənəyə görə həmvətənlərimiz Yeni il ərəfəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər. Son illərdə Sizin sayənizdə həmin gün rəmzi bayram deyil, real təcəssüm tapmış gündür. Xalqımız hələ heç vaxt bugünkü qədər həmrəy olmayıb.

İcazə verin, yubileyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edim və Sizə, ilk növbədə, möhkəm cansağlığı, həyatınızda xoşbəxtlik, Azərbaycan xalqı, onun rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyim.

Qoy qarşıdan gələn Yeni il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin olsun!

Sizə və yaxınlarınıza xoş günlər və firavanlıq, gözəl Yeni il əhvalı arzu edirəm”.

Beynəlxalq Münasibətlər və Politoloji Elmlər Akademiyasının prezidenti Simon Kopadze Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Zati-aliləri, bu təntənəli bayram günündə Sizi yubileyiniz münasibətilə təbrik etməklə yanaşı, həm də Sizin qəbul etdiyiniz taleyüklü qərarlara səmimi qəlbdən heyran olduğumu bildirmək istərdim. Siz dövlətin birliyi və firavanlığı naminə bütün xalqı birləşdirdiniz. Siz görkəmli milli lidersiniz və ölkəniz üçün çox iş görmüsünüz.

Sizin sayənizdə ölkənin ərazi bütövlüyü bərpa edilib, işğaldan azad olunmuş bütün rayonlar dirçəldilib, beynəlxalq əlaqələr möhkəmlənib və genişlənib, mənim ölkəm üçün də həyati əhəmiyyət kəsb edən bir sıra investisiya layihələri həyata keçirilib, mühüm siyasi qərarlar qəbul edilib.

Bilirəm ki, hələ çox işlər görülməlidir və bütün niyyətlərinizin həyata keçməsi üçün Sizin qüvvəniz kifayətdir. İcazə verin, Sizə ən xoş arzularımı bildirim, niyyətlərinizin və planlarınızın tezliklə gerçəkləşməsini, möhkəm cansağlığı, etibarlı və sədaqətli həmfikirlər, böyük şəxsi səadət və ailə firavanlığı diləyim.

Qoy Azərbaycan xalqının səmimi sevgisi və hərtərəfli dəstəyi daim Sizinlə olsun.

Sizə qardaş olan bütün gürcü xalqının ən səmimi təbriklərini və sevgisini qəbul edin”.

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda müasir cəmiyyət quruculuğu işinə, eləcə də ölkələrimiz arasında əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın inkişafına verdiyiniz töhfələrə görə Sizə çox minnətdarıq.

Azərbaycan Respublikası müstəqil ölkə kimi qısa müddətdə böyük nailiyyətlər qazanmış və şübhəsiz, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə inkişaf etməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə cansağlığı, sülhə və Azərbaycan xalqının firavanlığına xidmət edən fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Xorvatiya Respublikasının sabiq Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Stepan Mesiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, əziz dost.

Sizə möhkəm cansağlığı və yeni ildə bütün sahələrdə uğurlar arzulayıram. Siz həm iqtisadi, həm də hərbi baxımdan güclü və qüdrətli, beynəlxalq münasibətlərdə əhəmiyyətli mövqeyə malik bir ölkənin Prezidenti kimi şərəfli bir vəzifə daşıyırsınız.

Bu gün dünya bir müddət əvvəl təsəvvür etmədiyimiz bir sıra çətinliklərlə üz-üzədir. Gələcəyimiz hamımızın, yəni bütün dünyanın həmin çətinlikləri necə dəf edəcəyindən asılıdır.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi hisslərlə şəxsi səadət, eləcə də xalqınızın rifahı naminə yorulmadan göstərdiyiniz səylərin yerinə yetirilməsi zamanı qaçılmaz olan bütün problemlərin həllində uğurlar arzulayım”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab Prezident. Sizi 60 illik yubileyiniz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin müzəffər bir dövlət başçısı kimi çoxşaxəli fəaliyyətiniz nəticəsində Azərbaycan həyatın bütün sahələrində sürətlə irəliləyən bir dövlətə çevrilmişdir. Sizin yüksək bilik və böyük siyasi səriştə ilə idarə etdiyiniz Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuşdur.

Siz müdrik bir siyasi rəhbər kimi Azərbaycanla yanaşı, beynəlxalq aləmdə də xüsusi nüfuz qazanaraq dünyamiqyaslı liderlərdən biri olmusunuz. Siz 60 yaşınızı ulu öndər Heydər Əliyevin layiqli davamçısı və türk dünyasının ləyaqətli oğlu kimi qarşılayırsınız. Bu gün işğaldan azad edilmiş ərazilərdə şanlı üçrəngli Azərbaycan bayrağının dalğalanması Sizin uzaqgörən və qətiyyətli siyasətinizin ən parlaq nümunəsidir. Ölkənin ərazi bütövlüyünü bərpa etməklə Siz Azərbaycanın, bütövlükdə isə türk dünyasının qəhrəmanlığını bütün dünyaya sübut etdiniz.

Zati-alinizin təşəbbüsü ilə yaradılan, türk dövlətlərinin maddi-mənəvi dəyərlərinin mühafizəsi, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna və ümumilikdə türk dünyasının birliyinin güclənməsinə verdiyiniz önəmli töhfələr ən yüksək qiymətə malikdir və biz bu şərəfli missiyanı təşkilatın qurucu üzv ölkəsi Azərbaycanla birgə daşımaqdan qürur duyuruq.

Sizə möhkəm cansağlığı, ailə həyatınızda xoşbəxtlik, ali dövləti vəzifənizdə həmişəki kimi böyük uğurlar arzulayırıq.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik”.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident,

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və öz adımdan doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm.

Sizin dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə yönəldilmiş fəaliyyətiniz nəticəsində Azərbaycanın nüfuzunun daha da artması və qazanılan bütün nailiyyətlər türk dünyasında böyük sevinclə qarşılanır.

Əminəm ki, Sizin yüksək dövləti vəzifədə çoxşaxəli fəaliyyətiniz dərin tarixi köklərə malik türkdilli ölkələr arasında dostluğun və əməkdaşlıq münasibətlərinin hərtərəfli dərinləşməsinə töhfəsini verməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, TÜRKPA Katibliyinin səmərəli fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən göstərilən diqqətə və yaradılmış şəraitə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Böyük etimad hissi ilə Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavan həyat arzulayır, Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”.

Teqlər: