Prezident İlham Əliyevdən Ermənistana və onun havadarlarına növbəti sərt ismarıc – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi”. (Prezident İlham Əliyevin Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı etdiyi çıxışdan).

AzerTimes-ın məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Prezident İlham Əliyevdən Ermənistana və onun havadarlarına növbəti sərt ismarıc” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Nəsib Məhəməliyev – Milli Məclisin deputatı, Rufiz Hafizoğlu – siyasi şərhçi və Qabil Hüseynli – politoloq mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=24vGxJMmT1U

Teqlər: