Prezident İlham Əliyev: Zəngəzur dəhlizi üzərindən Naxçıvana, oradan isə Türkiyəyə və İrana yeni enerji xəttinin çəkilişi planlarımızdadır

Zəngəzur dəhlizi üzərindən Naxçıvana, oradan isə Türkiyəyə və
İrana yeni enerji xəttinin çəkilişi indi artıq
planlarımızdadır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan
Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji
bağlantıları var, yeni bir layihə üzərində biz indi işləyirik.
Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar
Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi
indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi
təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni
zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə
bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz
hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə
təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və
Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir
xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan
keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm
önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda,
bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni
zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz
daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim
planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü
göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran
bütün vəzifələri biz uğurla icra edirik.”.

Teqlər: