Prezident İlham Əliyev: Zəfər parkında böyük xatirə kompleksi inşa ediləcək

Qələbə parkında hər bir şəhidin adı yazılıb. Zəfər muzeyi də
yaradılacaq.

AzerTimes-ın məlumatına görə, bu
barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid
ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin
açılışında çıxışı zamanı söyləyib.

“Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də
birincisində – Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə
kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək.
Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə,
hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün
şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş
etdilər”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Teqlər: