Prezident İlham Əliyev Yunanıstanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

AzerTimes xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Teqlər: