Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Katerina
Sakellaropuluya təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: “Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və
xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi
təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə
Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər
göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza
əmin-amanlıq və rifah arzulayıram”.

Teqlər: