Prezident İlham Əliyev XXI əsr milli inkişaf strategiyamızın
yaradıcısı və memarıdır. Onun 2003-cü ildə Azərbaycanda siyasi
hakimiyyətə gələməsi müstəqillik tariximizin ayrıca bir mərhələsini
təşkil edir.
Hər şeydən öncə bu mərhələ müstəqilliyimizin möhkəmləndirilməsi,
iqtisadi dayanıqlılığımızn artırılması, sosial dövlət
öhdəçiliklərinin realizə edilməsi, ölkəmizdə hərbi sənayenin
yaradılması və ordu quruculuğunun yenidən təşkili, yeni regional və
qlobal layihələrin həyata keçirilməsi, xarici siyasət kursunda
hücum diplomatiyası strategiyasının müəyyənləşdirilməsi,
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun
daha da artırılması mərhələsidir. Buna paralel olaraq eyni zamanda
çoxsaylı sosial layihələrin həyata keçirilməsi, vətəndaşlarının
rifahının yaxşılaşdırılması ,iqtisadi inkişafın təmin edilmsi,
inkluziv cəmiyyətin qurulması və bütün sahələrdə tərəqqinin əldə
edilməsi dövrüdür. 2003-cü ildən 2018-ci ilədək xarakterik olan bu
inkişaf ənənələri 2018-ci ildə İlham Əliyevin yenidən Prezident
seçilməsi ilə növbəti, daha intensiv inkişaf mərhələsinə qədəm
qoymuş oldu. Bu mərhələ dərin islahatlar, regional layihələrin
uğurla reallışdırılaraq başa çatması, 2011-ci ildən başlayaraq
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Qeyri Daimi üzvü kimi bu
beynəlxalq təşkilta iki il rəhbərlik etməsi təcrübəsinin
2019-2022-ci illərdə Qoşulmama Hərakatına rəhbərlik edəcək
mərhələsinə qədər beynəlxalq nüfuzunun artması hadisəsidir. Ancaq
2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyevin
rəhbərliyi ilə xalqımızın əldə etdiyi ən böyük tarixi naliyyət və
uğur heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük müharibədən sonra
tarixi zəfər əldə edərək ərazi bütövlüyümüzü bərpa etməsidir. Bu
hadisə təkcə İlham Əliyevin hakimiyyəti dövrünü parlaq zəfəri deyil
bütövlükdə Azərbaycanın hərbi siyasi tarixinin son 200 ildə əldə
etdiyi ən böyük qələbə ən parlaq zəfərdir. Tarixi qələbəmiz
özlüyündə nə qədər çətin əldə edilən bir naliyyət idisə bu
qələbəmiz nəticəsində reguonumuzda yaranan yeni gec balansının və
strateji konfiqurasiyanın dünyaya qəbul etdirliməsi işi də bir o
qədər çətin bir proses idi. Elə cəmisi bir neçə gün əvvəl Avropa
İttifaqının paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra
əminliklə qeyd edə bilərik ki, yeni reallıq artıq təkcə region
ölkələri tərəfindən deyil bütövlükdə Avropa tərəfindən də qəbul
edildi. Artıq regionunuzn gələcəyi Azərbaycanın irəli sürdüyü beş
baza prinsipi əsasında müəyyənləşəcək. Başqa sözlə Prezident İlham
Əliyevin siyasi strategiyası Cənubi Qafqaz kimi mürəkkəb bir
tarixi-siyasi coğrafiyada mümükn sülhü diqtə edəcək. Hazırda
xalqımız tarixi zərfərimizn yaratdığı yeni reallıqlar sayəsində
uzun illərdir gözlədiyi Böyük Qayıdış təntənəsini yaşamaqdadır. Bu
isə növbəti tarixi inkişafımız, rifah və naliyyətlərimizin
başlanğıcıdır.
Hikmət Babaoğlu
Milli Məclisin deputatı