Prezident İlham Əliyev: Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var

Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox
böyük payı var.

Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.

Dövlət başçısı bildirib:

” Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan
ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu
bilir və düşmən də bunu bilir. Müharibənin ilk günlərindən
kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar
ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə
yararaq, qan tökərək, şəhidlər verərək tarixi Zəfər əldə edə bilər.
Onların hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə
bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz Zəfər
yürüşümüzü dayandıracağıq. Mən demişdim, heç nə və heç kim bizi
dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər
torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını
imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə
yenə də sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə
gedirdi, bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan
ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari
olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır.
Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli
ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi,
ancaq, eyni zamanda, hazırlıq, peşəkarlıq idi”.

Teqlər: