Prezident İlham Əliyev: Xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir, onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir

Xaricdə yaşayanlar gənc azərbaycanlılar İkinci Qarabağ
müharibəsinin tarixini həm yaxşı bilməlidirlər, həm də öz
dostlarına bu həqiqətləri çatdırmalıdırlar.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayındakı çıxışında bildirib.

Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran
dövlətimizin başçısı deyib: “Onların fəaliyyəti ölkəmiz üçün çox
önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin
çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi əlbəttə ki,
bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti
olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə
maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər
müstəvisində bu, önəmli bir amildir”.

Teqlər: