Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.
Telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki
vəziyyət müzakirə olundu.
Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26
noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl
surətdə həyata keçirilməsinin vacibliyi vurğulandı.