Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək – Avropa İttifaqı Şurası

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş
naziri Nikol Paşinyanla görüşü keçiriləcək.

Trend bu barədə
Avropa İttifaqı Şurasına istinadən məlumat verir.

Qeyd olunur ki, Ş.Mişel, həmçinin ayrı-ayrılıqda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla
görüşəcək.

Bu, tərəflər arasında keçiriləcək üçüncü görüş olacaq. Brüsseldə
əvvəlki görüşlər 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin
aprelində baş tutub.

Teqlər: