Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfəri “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)

Qarabağ əsas sahiblərinə qayıdır, 30 ildən sonra Hadrutda Azərbaycan bayrağı ucaldıldı, ən qədim insan məskəni olan Azıx mağarası nəhayət ki, öz sahiblərinə qayıtdı və Füzulidən Şuşaya zəfər yolu çəkilir. Bütün bu reallıqlar 44 günlük Vətən müharibəsinin nəticələridir. 4 ay keçəməsinə baxmayaraq işğaldan azad olunan olunan torpaqlarda bərpa işləri sürətlə davam edir.

Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfəri olub. Verilişin qonaqları Millət vəkilİ Ramil Həsən, Arxeologiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli və əməkdar jurnalist Əbülfət Mədətoğlu bildiriblər ki, işğaldan azad olunan əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyevin səfəri digər işğaldan azad olunmuş ərazilər kimi Xocavəndin də, keçmiş Hadrut rayonunun da, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

Verilişin informasiya dəstəkçisi Trend

Teqlər: